Oğuzda ölümlə nəticələnən yol qəzası olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Oğuzda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəsarət alanlar:
1960-cı il təvəllüdlü Natalya Tahirova;
1961-ci il təvəllüdlü Cəmilə Əhmədova;
2007-ci il təvəllüdlü Qurban Mirzəyev;
1972-ci il təvəllüdlü Azad Puçaxov;
1960-cı il təvəllüdlü Xədicəmaral Xəlilova;
1958-ci il təvəllüdlü Cənnətey Qumbarova.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mübariz Muradov

Son xəbərlər
Son Xəbərlər