Azərbaycanda son sutkada koronavirus infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə alaraq sağalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 1 nəfər vəfat edib.
Ölkədə aktiv xəstə sayı 21-ə bərabərdir.