Ölkəyə qayıdan kimi həbs edilmişdi - Məhkəməsi başlayır

olkeye-qayidan-kimi-hebs-edilmisdi
Oxunma sayı: 13735

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovun ilkin istintaqı tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Elşən Kərimovun ittihamı barədə rəsmi məlumat yayılmayıb. Sonradan məlum olub ki, 57 yaşlı E.Kərimov uzun illərdir Rusiyada yaşayırmış.

O bu ilin aprelində atasının yas mərasimində iştirak etmək üçün Yevlax rayonunun Rüstəmli kəndinə gəlib. Elə yas mərasimində də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Sail Ağasəlim