Prezident İlham Əliyev görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamda deyilir:
“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.