Ondan Ukrayna səmasını qorumasını istədi

ondan-ukrayna-semasini-qorumasini-istedi
Oxunma sayı: 2607

Ukrayna lideri Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu haqda “X” sosial şəbəkəsində paylaşım edib.

O, Ukraynaya daimi hərbi yardıma görə Britaniya Nazirlər Kabinetinin rəhbərinə təşəkkürünü bildirib.

“Cəbhə bölgələrinə səfərlərimdən sonra mən Baş nazirə Ukraynanın döyüşçülərimizi və səma qalxanımızı gücləndirmək üçün prioritet müdafiə ehtiyacları barədə məlumat verdim. Biz Ukraynaya gələcək makro-maliyyə dəstəyini müzakirə etdik”, - Zelenski vurğulayıb.

Zelenski bildirib ki, söhbət zamanı o, Ukraynadakı münaqişənin tam həlli üçün öz “sülh formulunun” həyata keçirilməsinin vacibliyini qeyd edib.