Onlar Aİ-nin sanksiyalarına məruz qalacaq

onlar-ai-nin-sanksiyalarina-meruz-qalacaq
Oxunma sayı: 1706

Avropa İttifaqı beş Moldova vətəndaşına qarşı Aİ-nin məhdudlaşdırıcı tədbirlərini nəzərdə tutan sanksiyalar siyahısı üzərində işləyir.

“Qafqazinfo” “EUobserver”ə istinadən xəbər verir ki, “qara siyahı”ya “Şor” partiyasının sədri İlan Şor, həmin partiyanın sədr müavini Marina Tauber və sabiq deputat Moldova Demokratik Partiyasının lideri, oliqarx Vladimir Plaxotniyuk başçılıq edəcək.

Bundan əlavə, siyahıya daha iki Moldova vətəndaşı daxil olacaq.

“EUobserver” yazır ki, onların hamısı “Moldova Respublikasında sabitliyi pozan hərəkətlərdə” ittiham olunurlar.