“Onlar bu ot örtüyünə öyrəşib, bizə çətin idi” - Fred Qrim

onlar-bu-ot-ortuyune-oyresib-bize-cetin-idi
Oxunma sayı: 520

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Ayaks”a doğma meydanda 2:4 hesabı ilə məğlub olub.

“Qafqazinfo”nun məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında “Ayaks”ın baş məşqçisi Fred Qrim jurnalistlərin suallarını cavablandırıb:

“Çox gözəl oyun oldu. “Qarabağ”ın qolları da keyfiyyətli oldu. Onların da çox şansı var idi ki, qollar vursunlar. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. Hesabda geri olanda yenidən qol vurmaq mental cəhətdən də çətin idi. Amma bunu etməyi bacardıq”.

- Nəhayət ki, sıfır xaldan canınızı qurtardınız. Sizcə, necə qazandınız?

- Formatdan da çox şey asılı idi. Bu oyunda bundan istifadə etdik. İstədiyimiz oyunu göstərə bilərdik. Daha yaxşı ola bilərdik. Addım-addım daha yaxşı olacağıq.

- “Qarabağ”ın qolları haqda nə düşünürsünüz?

- Onlar da çox yaxşı oynayırdı. Bu səviyyədə çox kiçik səhvlərin çox böyük nəticəsi ola bilər.

- “Ayaks” futbolçuları meydanda çox yıxılırdı...

- Oyunçularda belə problemlər oldu. Futbolçularımız sürüşkən otun üstündə yıxılırdılar. Yəqin, “Qarabağ” bu ot örtüyünə öyrəşib, amma bizim üçün çətin idi. Amma bugünkü qələbədən sonra özünəinamımız artacaq. İstəyirik ki, bu nəticələri davam etdirək.

-İlk qələbəni necə qeyd etdiniz?

-Çox böyük sevinc oldu. Xüsusilə də fanatlarla bunu qeyd etdik. Onlar bizə böyük dəstək oldular. İnanılmaz dərəcədə sevincliyik.

- Son 10 dəqiqədə “Qarabağ”ı nədə üstələdiniz?

- Məncə, burada ilk növbədə komandanın yaxşı təşkil olunmasından söhbət gedə bilər. Bilirdik ki, “Qarabağ”ın çətinlik çəkdiyi mövqe haradadır. Ona görə də bu nəticəni əldə etdik.