“Onlar kağız üzərində favorit olacaqlar” - Millimizin baş məşqçisi

onlar-kagiz-uzerinde-favorit-olacaqlar
Oxunma sayı: 1467

“Mən oyunçularıma inanıram və əsas məqsədimiz üçün mübarizə aparacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın basketbol üzrə 3x3 qadın millisinin baş məşqçisi Raşa Deliç Paris Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat mərhələsi barədə danışarkən deyib.

Mütəxəssis turnirdəki bütün komandaların yaxşı kollektivlər olduğunu bildirib: "Şanslar eynidir. Çətin komandanı seçsəm, Niderlandı qeyd edə bilərəm. Onlar buraya Avropa çempionu kimi gələcəklər və kağız üzərində favorit olacaqlar. Amma idmanda bunun heç bir mənası yoxdur. Sən nəyə qadir olduğunu meydanda göstərməlisən və bu çox vacibdir. Bu səbəbdən yaxşçı nəticə üçün əlimizdən gələni edəcəyik".

Baş məşqçi yığmanın Serbiyada təlim-məşq toplanışı olacağını sözlərinə əlavə edib: "Mart ayında bir neçə turnirdə iştirakımız planlaşdırılır. Amma bunlar hələlik bəlli deyil. Heyətə kimlərin cəlb ediləcəyini dəqiq deyə bilmərik. Bu, hazırlıqdan asılıdır. Yəqin ki, "Neftçi"dən iki basketbolçu heyətə daxil ediləcək".

Milli lisenziya uğrunda Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq.