Onun da adı “Epşteyn qalmaqalı”nda hallanır

onun-da-adi-epsteyn-qalmaqalinda-hallanir
Oxunma sayı: 718

Böyük Britaniya Milli Arxivi keçmiş Baş nazir Toni Bler ilə amerikalı maliyyəçi Ceffri Epşteyn arasında baş tutmuş görüşlə bağlı sənədləri dərc etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, sözügedən məlumat Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Piter Mandelsonun işinə dair sənədlərdə əks olunub.

Hazırkı Baş nazir Kir Starmer üçün hazırlanan brifinq materiallarına əsasən, Toni Blerin Epşteynlə görüşü məhz Mandelsonun vasitəçiliyi ilə baş tutub.

Piter Mandelson 2025-ci ilin fevralında Vaşinqtona səfir təyin edilsə də, sentyabrda Epşteynlə əlaqələrinə görə istefa verməli olub. Britaniya mediası iddia edir ki, hələ 2009-cu ildə siyasətçi Epşteynlə vergi islahatları və Avropa Birliyinin iqtisadi böhranla bağlı məxfi planlarını bölüşüb.

Qeyd edək ki, dərc olunacaq sənədlərdə Bler-Epşteyn görüşünün təfərrüatlarının niyə bu vaxta qədər gizli saxlanıldığına dair məlumatların yer alacağı gözlənilir.