Görüşmək vaxtı yetişmişdi. Neçə gündür tikib, uçurub, yenidən ucaltdığım xəyallar məntiqi sonluğunu tapmalı idi. Təkcə bir şəklini görməyimə baxmayaraq, onun bütün əzalarını duymuşdum elə bil. Cəmi 50-60 mesaja görüşəcəyimizi planlamışdıq. Mənə “hazırlıqlı gəl” deyəndə, fikirləşdim ki, çox ehtiraslı sexs entuziaistinin biridir. Əslində fahişələrdən qaçanam. Min cür xəstəlik daşıyıcılarıdırlar. Bu isə çox savadlı birisinə bənzəyirdi. Öz-özlüyümdə, tanıdığım “fərqli qadınlar” kolleksiyasında ən yuxarı sıraların birini ona ayırmışdım. Görünür xüsusi maraq oyatmışdım onda. Ünvanı verib, tək yaşadığını, axşam gəlməyimi demişdi.
9 mərtəbəli binada, 6-cı mərtəbədə qalırdı. Telefon nömrəsini verməmişdi. Blokun və mənzilin nömrəsini verib, “saat 9-da qapımı döyərsən, gecikmə” yazmışdı. Nədənsə liftlə qalxmaqdan imtina yaradan hisslərim, məni pilləkənlərin ağuşuna atdı. Mənzilin düz qabağında dayandım. Saat 21:04. Çox gecikməmişəm. Azca həyəcanlanmışdım deyəsən. Alnımdan tər damlaları süzülürdü. Qapının zəngini iki dəfə basıb gözlədim. Bir dəqiqə sonra qapı açıldı.
-Niyə gecikmisən?
-Axı...Cəmi 5 dədiqə.
-Keç içəri.
Şəkildə gördüyümdən daha çox fikirlərimdə lütləndirdiyim qadına bənzəyirdi. Hündürboy, dümağ, gümrah vücudu vardı. Döşlərinin böyüklüyü diqqətimi cəlb elədi.
-Hə, otur, indi çay gətirirəm.
-Əziyyət çəkməyin, içib gəlmişəm.
-Rəsmiyyətə tüpürürəm. Həmdə mesajlarda bir-birimizi “sən” deyə çağırırdıq.
-Hə, bağışla.
-Səni niyə çağırdığımı yəqinki seksə ehtiyacım olduğu ilə əlaqələndirirsən.
-Yox. Çox maraqlı qadınsan. Sadəcə söhbətimizi istəyərəkdən gəlmişəm.
-İndi mən əynimdəkiləri çıxarsam necə, yenə söhbət edəcəyik?... Çay gətirim.
Tər damlaları daha iriləşmiş və surətini artırırdı. Rahat otura bilmirdim. Əyilib stəkanı stola qoyanda döşlərinin bir hissəsi göründü. Düşündüyüm qədər nəhəng deyillərmiş.
-Mənə sevginin nə olduğunu bildiyin kimi, bir neçə sözlə ifadə et.
-Olmayan şeyin olduğunu ifadə edə bilmirəm.
-İfadə edə bilməyəndə, təsəvvür etmək vacibdir. Bu mərhəmət tanrısının portretini canlandırmaq istəyən rəssam təxəyyülünə bənzəyir.
-Deməli sən də sevginin olmadığını təsdiqləyirsən.
-Mənim təsdiqimlə nəsə dəyişsə, kişilərin kütləvi axtalanmağının imzasını sevə-sevə çəkərdim.
-Görürsən, kökü “sevmək” olan sözü işlətdin. Hələ inamın tam itməyib.
-Nəyisə sevmək, sevgiyə inanmaq demək deyil, inamına olan inamsızlığını qaynar suda boğmağa cəhddir. Yəni, kütləvi axtalanmağın baş verəcəyinə ümid etdiyim dərəcədə də inanmıram.
-Döşlərimə acgözlüklə baxdığını hiss edirəm. Öpə bilərsən.
-Yox. Heçdə elə deyil. Polemikamız mənə bəs edir.
-Utancaqlığın zahiridir. Özünə inamın var sənin. Hədiyyədən imtina edə bilirsən.
Ayaqlarını maraqlı tərzdə bir-birinə doladı.
-Saymamazlıq kimi bir silahım varımdır. Sevginin boy atan cücərtilərini yerindəcə mundarlayır. İkrahlığa ehtiyac qalmır heç. Görürsən ki, normal təbəssümüm də var...Yuxum gəldi.
-Elə mən də getmək istədiyimi deyəcəkdim.
-Eləmi? Yaxşı, səni saxlamıram. Gedə bilərsən.
Əlimdən tutub qalxmağıma yardım edəndə, necə isti olduğunu duydum və gözucu döşlərinə baxdım.
-Hə, get. Gələn dəfə daha maraqlı olacaq. Növbəti dəfələrin birində səninlə yatmaq istəyirəm...
Şaqqanaq çəkərək, qapını çırpdı.
Son xəbərlər
Son Xəbərlər