Ordumuzun mayoru vəfat etdi

ordumuzun-mayoru-vefat-etdi
Oxunma sayı: 5672

Azərbaycan Ordusunun mayoru vəfat edib.

Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən bildirilib. Belə ki, noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Paşayev Vətən müharibəsi iştirakçısı olub. O, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.