“Orqan və sümük iliyinin köçürülməsi ilə bağlı təlimatlar artıq yerlərə göndərilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
O bildirib ki, vətəndaşlar Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə müraciət edir, növbəyə yazılır və onlardan artıq analizlərin götürülməsinə başlanılıb.
Gülnar Əliyeva