Orta aylıq gəlirlərin hesablanması qaydası dəyişir

orta-ayliq-gelirlerin-hesablanmasi-qaydasi-deyisir
Oxunma sayı: 2956

Azərbaycanda ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir.

“Qafqazinfo” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı Nazirlər Kabinetinin qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün veriləcək müavinət ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən çıxılacaq.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.