“Ötən il Azərbaycana 1.7 milyardlıq avtomobil idxal edilib”

oten-il-azerbaycana-17-milyardliq-avtomobil-idxal-edilib
Oxunma sayı: 1028

“2023-cü ildə Azərbaycana 96 min avtomobil idxal edilib və bunun üçün xaricə 1.7 milyard dollar ödənilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, 2022-ci ilə nisbətən bu say 2023-cü ildə 28.7% artıb (21 400 ədəd):

“2023-cü ildə Azərbaycanda 5 200 avtomobil yığılıb”.

Deputat əlavə edib ki, insanlar tıxacları, yolların keyfiyyətini, parkinq yerlərinin azlığını, ictimai nəqliyyatın keyfiyyətsizliyini əsas problem hesab edirlər:

“Onların həlli ilə çoxları yolların genişləndirilməsini, nəqliyyatın hərəkətsizliyini təmin edən magistralların tikintisini və çox sayda parkinq yerlərinin yaradılmasını görür. Çoxları hesab edir ki, problemlərə səbəb də son 15-20 ildə şəhərsalma qaydalarının pozulmasıdır. Azərbaycan yolların keyfiyyətinə görə dünyada 141 ölkələri arasında 27-ci, postsovet ölkələri arasında isə liderdir.

Təkcə 2023-cü ildə ölkədə 881 km yeni avtomoil yolu çəkilib. Ümumiyyətlə, son 20 il ərzində ölkədə 21 000 km yol yenidən tikiklib və təmir edilib, 500 körpü tiklib. Onun 2000 km Bakının payına düşür. Son 20 ildə görülən nəhəng işlərə rəğmən Bakı da bu gün bu sahədə bəzi problemlərlə üzləşir”, - deyə komitə sədri əlavə edib.

Zaur Mirzə