Övladları 1-ci sinfə gedən məşhurlar - Fotolar

ovladlari-1-ci-sinfe-geden-meshurlar
Oxunma sayı: 7544

Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Bu il 164 mindən çox uşaq birinci sinfə gedəcək. Onların arasında tanınmış simaların övladları var.  Müğənni Əbdül Xalid, Elçin Hüseynov, Fərda Xudaverdiyev kimi şou nümayəndələrin övladları ilk dəfə məktəbli adını qazananlar sırasındadır.

"Qafqazinfo" məşhurların "Bilik günü" ilə bağlı instaqramdakı təəssüratlarını təqdim edir. 

Müğənni Əbdül Xalid:

“Bütün şagird və tələbələri təbrik edirəm. Bu gün mənim ürəyim 1-ci sinfə gedir. Hər kəsə uğurlar”. 

Müğənni: Elçin Hüseynov:

“Yeni tədris iliniz mübarək, 1-cilər, sizə uğurlar”. 

Rəqqasə Fatimə Fətəliyeva:

“Ana qurban, bu gün ilk dərs günündür. Şagirdləri təbrik edirəm”. 


Aktyor Fərda Xudaverdiyev:

“Aminin ilk dərs günü. Allah bütün balaları qorusun”. 

Müğənni Damla:

“İlk təhsil günümüz mübarək. Bu gün mən də göz bəbəyimi dərsə gətirmişəm”.


 

Rəqqasə Renka:

“Bu tətil də belə getdi. Vaxt dəhşət tez uçur. Yeni məktəb ili başladı. Bütün validəynləri təbrik edirəm, analara səbr diləyirəm”. 

Asif Məhərrəmov:

“O gün olsun ki, universitetə qəbul olasan”.