Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu, gündəm oldu - Video

ozbek-mugenni-bayati-sirazi-oxudu-gundem-oldu
Oxunma sayı: 9270

Özbəkistanlı müğənni Dilnoza Akbarova ölkəsində “O səs Özbəkistan” yarışmasına damğa vurub.

“Qafqazinfo” xəbər verir ki, ifaçı, sözügedən yarışmada Azərbaycanın “Bayatı-Şiraz” muğam dəstgahını səsləndirib.

Özbək müğənninin ifası zalda əyləşən tamaşaçıları heyrətləndirib.

Maraqlıdır ki, jurilər arasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da olub.

Həmin ifanın videosunu təqdim edirik: