Bu gün səhər saatlarında adını açıqlamayan bir nəfər Bizimyol.info-nun redaksiyasına zəng edərək az sonra özünü Koroğlu metrosunun yanındakı körpüdən atacağını bildirib.
“Qafqazinfo” xəbər verir ki, saytın əməkdaşları Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. İntihar etmək istəyən şəxs icra hakimiyyəti ilə problemlərinin olduğunu deyib.
***
Redaksiyanın əməkdaşları məlumat verən şəxsə yenidən zəng edərək onun problemlərinin həll olunacağına inadırmağa çalışaraq fikrindən daşındırmaq istəyib. Həmin şəxs isə körpünün ən yüksək nöqtəsində olduğunu bildirirərək, məmurların hadisə yerinə gəlməsini istəyib. O, vurğulayıb ki, yalnız deputat Qənirə Paşayevaya və mətbuat orqanı kimi Bizimyol.info-ya inandığını deyərək, telefonu qapadıb.
***
FHN-dən Trend-ə verilən məlumata görə, nazirliyin əməkdaşları danışıqlardan sonra qaldırıcı kran vasitəsilə intihar etmək istəyən şəxsi – Fəqan Nəsibovu aşağı endirməyə nail olublar.
Video Meydan TV-yə məxsusdur