Pakistanda ərzaq yardımı zamanı izdiham - 11 nəfər öldü

pakistanda-erzaq-yardimi-zamani-izdiham
Oxunma sayı: 1547

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri görülmədiyi üçün yaranan izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Polisin yardım paylaşımını təşkil edən 7 nəfəri saxladığı bildirilib.