Pakistanda məsciddə partlayış - 52 ölü

pakistanda-mescidde-partlayis
Oxunma sayı: 977

Pakistanın Bəlucistan vilayətində məsciddə partlayış baş verib.

“Qafqazinfo” “Dawn” qəzetinə istinadən xəbər verir ki, vilayətin Mastunq şəhərində qeydə alınan hadisə zamanı 52 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb. 

Həlak olanlar arasında polis əməkdaşının da olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış terrorçu kamikadze tərəfindən törədilib.