Pakistanda yenə güclü zəlzələ oldu

pakistanda-yene-guclu-zelzele-oldu
Oxunma sayı: 2790

Pakistanın qərbində 5,4 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. 

Bildirilib ki, zəlzələ yerli vaxtla 02:27-də qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Bəlucistan vilayətinin Nuşki şəhərindən 67 km şimal-qərbdə olub.

Hələlik tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən gün də Pakistanda 5.4 bal gücündə zəlzələ olmuşdu.