Pandemiyada sərvətləri 700 milyarddan 1,5 trilyon dollara yüksəldi

pandemiyada-servetleri-700-milyarddan-15-trilyon-dollara-yukseldi
Oxunma sayı: 2137

Pandemiya dövründə dünyanın 10 ən varlı adamının sərvəti iki dəfə artaraq 700 milyard dollardan 1,5 trilyon dollara yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Oxfam” beynəlxalq humanitar və xeyriyyə təşkilatının yanvarın 17-si nəşr etdiyi hesabatında yer alıb.

“Forbes” jurnalının məlumatına görə, onların sırasında “Tesla” şirkətinin rəhbəri İlon Mask, “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, “LVMH” (Louis Vuitton Moet Hennessy) şirkətinin Baş direktoru Bernar Arno, “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts, “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq və digərləri var.

Qeyd olunur ki, bu dövr ərzində bəşəriyyətin 99%-nin gəlirləri azalıb, 160 milyondan çox insan isə yoxsulluqla üzləşib. Dünya əhalisinin ən kasıb təbəqələrinin gəlirlərinin azalması isə hər gün 21 min insanın ölümünə gətirib çıxarır.