Papanı “təkbir”lə qarşıladılar - Video

papani-tekbirle-qarsiladilar
Oxunma sayı: 2072

Katoliklərin ruhani lideri Papa XIV Leo ilk xarici səfəri çərçivəsində Türkiyəyə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Rəcəp Tayyib Ərdoğanın rəsmi dəvəti ilə ölkədə olan Papa İstanbul və Bursa vilayətinin İznik rayonunda bir sıra görüşlər keçirib.

Səfər zamanı İznikdə toplaşan bir qrup vətəndaşın Papa şəhərə daxil olarkən onu “təkbir” sədaları ilə qarşılaması diqqət çəkib.

Həmin anlar kameralar tərəfindən qeydə alınıb: