Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - Foto

parlamentin-komite-sedrlerine-yeni-avtomobiller-verilib
Oxunma sayı: 8532

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bir müddətdir, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.