«PAŞA Həyat Sığorta» ASC sığorta haqlarını kəskin artırır

pasa-heyat-sigorta-asc-sigorta-haqlarini-keskin-artirir
Oxunma sayı: 653

“Qafqazinfo”nun apardığı araşdırmaya görə, bu ilin 11 ayında toplanan cəmi yığımların həcmi cari ilin 10 aylıq məcmu sığorta haqlarının həcmi ilə müqayisədə 30,825 mln manat və ya 11% artıb.

Ümumiyyətlə, araşdırma nəticəsində məlum olub ki, ötən bir il ərzində cədvəldə ilk onluqda olan şirkətlərin yığımları və bazar paylarında ciddi artım müşahidə olunub.
Cədvələ nəzər salsaq görərik ki, son bir il ərzində “PAŞA Həyat”ın yığımlarının həcmi kəskin artıraraq sığorta şirkətlərinin yığımları üzrə renkinq cədvəlində mühüm mövqeyə malik olub. Belə ki, son bir illə müqayisədə şirkətin daxilolmalarının həcmi 74,1% artaraq 14 mln. manata çatıb.

“PAŞA Həyat” yığımlarının bu cür kəskin artımı nəticəsində qeyd olunan cədvəldə şirkət son bir ildə öz mövqeyini daha üç pillə artıraraq 11-ci pillədən 8-ci pilləyədək yüksəlib. Ön mövqeyə yüksəlməyin əsas səbəbini isə şirkətin bazara həyat sığortası ilə bağlı sığorta məhsullarını sərfəli şərtlərlə təqdim etməsi ilə izah etmək olar.
Bundan başqa, son bir il ərzində şirkətin bazar payında da ciddi dəyişiklik müşahidə olunub. Belə ki, qeyd etdiyimiz dövrdə şirkətin ümumi yığımlar üzrə bazar payı 0,30 faiz bəndi artaraq 4,28%-ə çatıb. Bu artım isə sığorta bazarına yeni iştirakçı kimi qatılan şirkət üçün mühüm göstərici sayıla bilər.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr ayları üzrə məcmu yığımlarda şirkətin bazar payı 3,98% təşkil edib.

Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının daxilolmalar üzrə mütləq rəqəmləri, bazar payları və yığımlar üzrə illik dinamikası barədə məlumat verilir.


Sığortaçılar Sığorta haqları (mln. AZN)Bazar payı (%) Yığımların illik dinamikası (%)

1 PAŞA Sığorta 44,670 14,27 354,50
2 AzSığorta 36,681 11,72 93,30
3 Atəşgah 34,241 10,94 116,60
4 Azərsığorta 31,030 9,91 26,65
5 Standard Insurance 19,823 6,33 122,50
6 AXA MBASK 16,940 5,41 43,99
7 Atəşgah Həyat Sığorta 15,154 4,84 71,50
8 PAŞA Həyat Sığorta 13,383 4,28 74,08
9 Beynəlxalq Sığorta Şirkəti 13,309 4,25 20,64
10 Xalq Sığorta 12,072 3,85 45,45
11 AtaSığorta 10,135 3,24 119,56
12 İpək Yolu Sığorta 8,269 2,64 (-21,51)
13 A-Group 8,124 2,60 18,25
14 Qarant Sığorta 7,940 2,54 35,52
15 Azərbaycan Sənaye Sığorta 6,744 2,15 11,07
16 Qala Həyat Sığorta 6,084 1,94 33,39
17 Bakı Sığorta 5,322 1,70 25,42
18 Alfa Sığorta 4,743 1,52 77,57
19 Meqa Sığorta 4,227 1,35 338,03
20 Rəvan Sığorta 3,087 0,99 65,17
21 Başakİnam 3,018 0,96 35,09
22 Buta Sığorta 2,329 0,74 297,44
23 Çartis Azərbaycan 1,735 0,55 8,91
24 Azərqarant 1,617 0,52 34,30
25 Əmrah Sığorta 0,973 0,31 65,20
26 Era Trans 0,838 0,27 52,41
27 Günay Sığorta 0,403 0,13 (-11,43)
28 Royal Sığorta 0,079 0,03 -
Yekun 312,969 - -