Paşinyan Britaniya kəşfiyyatının rəhbəri ilə görüşdü

pasinyan-britaniya-kesfiyyatinin-rehberi-ile-gorusdu
Oxunma sayı: 1619

Ermənistanın Baş naziri Nikol Paşinyan Münxen təhlükəsizlik konfransı çərçivəsində Britaniya kəşfiyyatının rəhbəri Riçard Murla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri Böyük Britaniya Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur ilə görüşüb”, - məlumatda deyilir.

Xatrıladaq ki, 2022-ci ilin dekabrında Riçard Mur Ermənistana səfər edib. Onun Paşinyanla ilk görüşü həmin zaman baş tutub.