Ermənistanın Baş naziri Nikol Paşinyan İran xarici işlər naziri Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” News.am-a istinadən xəbər verir ki, söhbət zamanı tərəflər ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Nikol Paşinyan vurğulayıb ki, Ermənistanla İran arasında münasibətlər təbii maraqlara əsaslanır və bu, münasibətlərin gələcək inkişafı və genişlənməsi üçün mühüm əsas və təminatdır.
Bundan əlavə, N.Paşinyan və A.Əraqçi görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sülh sazişinin imzalanması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.