Paşinyan hökuməti yenə tənqid olundu

pasinyan-hokumeti-yene-tenqid-olundu
Oxunma sayı: 978

Dünən İrəvanda Ermənistanın Müstəqillik Gününə həsr olunmuş mərasim əhali arasında geniş tənqidlərə səbəb olub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan hökuməti İrəvanda Respublika Meydanında baş tutan işıq şousunun keçirilməsi üçün Rusiyadan xüsusi dronlar sifariş edib.

“168.am” qəzeti yazır ki, bu dronlar kifayət qədər bahalı məhsuldur. Belə ki, sözügedən bu məhsulun 10 dəqiqəlik icarə haqqı 110 min dollara başa gəlir.

Bundan başqa, bu dronları idarə etmək üçün Rusiyadan xüsusi personal da dəvət olunub. Ölkə rəhbərliyi bu mütəxəssislərin hotellərdə gecələmə və digər xərclərini də ödəyib. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyinin belə bir tədbir keçirmək barədə planlarını açıqlayanda əhali bu qərarı kəskin tənqid etmişdi. Belə ki, Ermənistan əhalisi ölkənin müharibədə məğlub olması və çox sayda itkilər verməsi fonunda belə bir əyləncəli tədbirin keçirilməsini uyğunsuz hesab edir.

Eyni zamanda, uzun illərdir yoxsulluğun hökm sürdüyü ölkənin büdcədə olan vəsaiti bu cür tədbirə xərcləməsi xoş qarşılanmayıb.