Paşinyan Moldovaya getdi

pasinyan-moldovaya-getdi
Oxunma sayı: 1732

Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovaya işgüzar səfərə yola düşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. 

Paşinyan səfəri çərçivəsində Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək, eləcə də ikitərəfli görüşlər keçirəcək. 

Qeyd edək ki, Moldovada, həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılır.