Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.
“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan mayın 25-də Moskvada Avrasiya İqtisadi Şurasının növbəti sessiyasında iştirak edəcək.
Həmçinin, səfər çərçivəsində Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.