Paşinyan Təhlükəsizlik Şurasının katibini XİN-ə gətirdi

pasinyan-tehlukesizlik-surasinin-katibini-xin-e-getirdi
Oxunma sayı: 1999

Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini təyin olunub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan müvafiq qərar imzalayıb.

Paşinyanın digər bir sərəncamı ilə A. Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən (2018-ci ildən bu vəzifədə idi - red.) azad edilib.

“Hraparak” qəzetinin yazdığına görə, Tiqran Seyranyan və Tiqran Mkrtçyan da XİN başçısının müavinləri təyin edilə bilər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca müavinləri – Qaqik Qalaçyan, Avet Adonts, Artok Apitonyan, Armen Qevondyan vəzifələrindən gediblər. Sonuncunun istefası qəbul olunmayıb. Hazırda o, müvəqqəti olaraq Ayvazyanı əvəz edir.