Paşinyanla Mişustin bu məsələləri müzakirə etdi

pasinyanla-misustin-bu-meseleleri-muzakire-etdi
Oxunma sayı: 2485

Ermənistanın Baş naziri Nikol Paşinyanla rusiyalı həmkarı Mixail Mişustin arasında telefon danışığı olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Danışıq zamanı Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının gündəliyinə və cari proqramlara dair məsələlər müzakirə edilib.

Həmçinin, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.