Pekindən Parisə gedənlərin Bakı və Şamaxı macərası - Fotolar

pekinden-parise-gedenlerin-baki-ve-samaxi-macerasi
Oxunma sayı: 24285

“Pekin-Paris” avtorallisinin iştirakçısı olan unikal retro avtomobillər bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında bir araya gəlib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ölkəmiz ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul edir.

Avtomobillər daha sonra Şamaxıya yola düşüblər.

Buradakı nümayiş zamanı avtomobillər həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub. Nəqliyyat vasitələrinin rəngləri, quruluşu, bir-birindən fərqli olması onları daha da cəlbedici edir.

Avtomobillər Şamaxıdan Gürcüstan üzərindən marşrutla davam edəcəklər.

Qeyd edək ki, “Pekin-Paris” 1907-ci ildə yaradılan tarixi marşrutlardan biridir. Bu ralli keçmiş mexanika avtomobillərinə hörmət, eyni zamanda onların dözümlülük testidir. Ralli 14 000 km məsafəni əhatə edir.

Pekindən start götürən ralli iyunun 23-ü Parisdə başa çatacaq.

“Qafqazinfo”nun əməkdaşı Pərvin Zeynalın mötəbər tədbirdən çəkdiyi fotoları təqdim edirik: