“Pepsi” qəlbləri yenidən fəth edir!

pepsi-qelbleri-yeniden-feth-edir
Oxunma sayı: 3503

Hər kəsin sevimlisi “Pepsi” 6 dekabr – 6 fevral tarixlərində möhtəşəm uduş fondlu lotereya keçirəcək. Bir-birindən dəyərli hədiyyələr, həyəcan dolu anlar sizi gözləyir. 

6 dekabr – 6 fevral tarixlərində baş tutacaq lotereyanın uduş fonduna 2 ədəd yeni “Cherry Tiggo 2 Pro” avtomobili, 4 ədəd “iPhone 15 Pro”, 128 GB, 4 ədəd “Airpods Pro” 2,  2 ədəd “iPad Pro” 12.9, 128 GB və nəhayət 2 ədəd “MacBook Pro” 14.2 daxildir. 

Lotereyada 18 yaşına çatmış AR vətəndaşları və ya AR ərazisində qanuni yaşama haqqı olan, 18 yaşına çatmış xarici vətəndaşlar iştirak edə bilərlər. Lotereyada iştirak etmək üçün 0.5L, 1L və 2L-lik “Pepsi”, “Pepsi Twist”, “Pepsi Max”, “Pepsi Lime” alaraq qəbzi www.promo.pepsi.az saytında qeydiyyatdan keçirmək əsas şərtdir. Lotereya bileti elektron unikal 16 rəqəmli kod (Misalçün 4561-3132-0900-8431) formasındadır. Həmin kod www.promo.pepsi.az saytı vasitəsilə lotereyanın təşkil ediləcəyi tarixlərdə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən istənilən ticarət obyektindən alınmış və alış qəbzinin üzərindəki QR kodu oxutduqdan sonra alınan məhsulun sayı qədər təqdim edilir. www.promo.pepsi.az saytında alış qəbzinin üstündəki qəbzi oxudaraq lotereya iştirakçısı qeydiyyatdan keçməli və şəxsi kabinet açmalıdır. Qeydiyyat zamanı lotereya iştirakçısından ad, soyad, , telefon nömrəsi və tələb edilir.  Hər bir lotereya iştirakçısının şəxsi kabinetində lotereyanın bilet nömrəsi (nömrələri) sayılan 16 rəqəmli unikal kod göstərilir.

Qeyd edilmiş hər “Pepsi” məhsulu 1 şans deməkdir və iştirak üçün say limiti yoxdur. Hər bir iştirakçı lotereyada istənilən say qədər iştirak edə bilər. Bu isə bir-birindən dəyərli hədiyyələri qazanmaq üçün daha çox şans deməkdir. 

Lotereyanın ilk qalibləri  19 Yanvar 2024-cü il tarixində, növbəti qalibləri isə 16 Fevral 2024-cü il tarixində canlı yayımla açıqlanacaqdır. Təşkilatçı tərəfindən uduşların verilməsi üçün müraciətlərin qəbulu uduş fondu oynanıldıqdan 1 (bir) iş günü sonra başlayaraq 90 (doxsan) iş günü ərzində davam edir.

Ətraflı məlumat üçün Facebook və Instagram səhifəsinə, həmçinin promo.pepsi.az saytına keçid edə bilərsiniz. 

Siz də yeni ili yeni hədiyyələrlə qarşılayın!