Peris Hilton ikinci dəfə ana oldu

peris-hilton-ikinci-defe-ana-oldu
Oxunma sayı: 2610

42 yaşlı amerikalı aktrisa, müğənni, fotomodel və dizayner Peris Hilton ikinci dəfə ana olub.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqram hesabında bildirib.

“Qız körpəmə görə təşəkkür edirəm”, - Hilton yazıb.

Fotoya əsasən, məşhur ulduzun London adlı qızı doğulub. Onun surroqat ana tərəfindən dünyaya gətirildiyi bildirilir.

Qeyd edək ki, P. Hilton 2021-ci ilin noyabrında sahibkar Karter Reuma ərə gedib, Feniks Barron adlı 11 aylıq oğlu da var. Onu da surroqat ana dünyaya gətirib.