Pərviz Həşimlinin qaynı öldürüldü

perviz-hesimlinin-qayni-olduruldu
Oxunma sayı: 3296


Hadisə Göygöl rayonu ərazisində baş verib. “Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Bizimyol.info saytına bildirib ki, Kamil Rüstəmov rayonun Quşqara kəndi ərazisində - Quşqara çayının kənarında Ürfan Rzayev adlı şəxslə şəxsi münaqişə zəmininda mübahisə edərək dalaşıb. İnsident zamanı Ürfan Rzayev bıçaqla Kamil Rüstəmovun qarın və sinə nahiyəsindən 2 zərbə vurub. Ürfan Razayevin özünün də də müxtəlif bədən xəsarətləri olub. 

Hər iki şəxs Gəncə Şəhərə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, K.Rüstəmov xəstəxanada dünyasını dəyişib. Ü.Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Göygöl rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.