Pikassonun sevgilisi 101 yaşında vəfat etdi

pikassonun-sevgilisi-101-yasinda-vefat-etdi
Oxunma sayı: 2998

İspaniyalı rəssam Pablo Pikassonun fransalı sevgilisi Fransuaza Jilo 101 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb.

Bildirilir ki, rəssam Jilo son illər ağciyər və ürək xəstəliklərindən əziyyət çəkirdi.

Qeyd edək ki, Pikasso Fransuazadan 40 yaş böyük olub. Onlar təqribən 10 il münasibətdə olub və 2 övladı var.

F. Jilo Pikassonun ona mütəmadi xəyanət etdiyini əsas gətirərək 1953-cü ildə rəssamdan ayrılıb. Ayrıldıqdan sonra Jilo rəsmlər çəkib, eləcə də bir neçə kitab yazıb. Onun ən çox satılan kitabı isə “Pikasso ilə həyatım”dır. Sözügedən kitab Pikassonu hiddətləndirdiyindən Jilo və övladları ilə bütün əlaqəsini kəsib. 

Xatırladaq ki, P. Pikasso 1973-cü ildə Fransada dünyasını dəyişib.