Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi reyddə maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, paytaxtın Azadlıq prospektində keçirilən nəzarət tədbirləri zamanı avtomobillərin üzərinə lüzumsuz yazılar, ifadələr yazmaqla digər sürücülərin fikrini yayındıran avtomobil sahibləri də saxlanılıb, onlarla söhbət aparılıb.
“Hər bir kəsi bu cür hərəkətlərdən çəkinməyi xahiş edirik. Sürücülərdən əsasən xahişimiz budur ki, avtomobillərini texniki saz vəziyyətində idarə etsinlər, özlərinin və ətrafdakı insanların həyat və sağlamlıqlarına diqqət yetirsinlər, yol hərəkəti iştirakçısı kimi lazımsız ifadələri avtomobillərin üzərində gəzdirməsinlər. Buraya müxtəlif şəkillər, yazılar və digər xoşagəlməz çağırışlar aiddir. Belə tədbirlər paytaxtın digər ərazilərində də mütəmadi keçiriləcək” - DYP-nin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib.
Reyddən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər