Polis meşədə qalan Qusar sakinini son anda xilas etdi

polis-mesede-qalan-qusar-sakinini-son-anda-xilas-etdi
Oxunma sayı: 2951

Qusar rayonunda itkin düşən əqli qüsurlu şəxs meşədə tapılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Kuzun kənd  sakini, 47 yaşlı Gülbala Muradov ötən gün itkin düşüb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.