“Polisi vaxtından əvvəl tərifləmişəm”

polisi-vaxtindan-evvel-teriflemisem
Oxunma sayı: 8808

"Mən polisi vaxtından əvvəl tərifləmişəm, gərək axırda tərifləyərdim".

"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, bu qədər gərginliyin içində polis özünü çox təmkinli aparıb:

"Qapıda duran namizədlər MSK-nın şöbə müdirini içər buraxmırdılar. Özlərini dəvət edirik, gəlmirlər. Polis deyir burax, deyir yox. Polisin onları o dəqiqə götürmək hüququ var idi. Bu adamların məqsədi MSK-nı və polisi gözdən sala biləcək işlər görməkdir. MSK aşağı seçki komissiyasının yol verdiyi qüsurlara çox acıqlı yanaşır. Nə qədər maarifləndirmə tədbirləri keçirilir, əziyyət çəkilir. Onlar bizim əziyyətimizi yerə vururlar. Onlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Biz şikayət edənlərin tərəfindəyik".