Polisin sürdüyü maşınla “Mercedes” toqquşmuşdu - Qadın öldü + Yenilənib

polisin-surduyu-masinla-mercedes-toqqusmusdu
Oxunma sayı: 4438

Bir neçə gün əvvəl Quba rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alan qadın vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Quba şəhəri ərazisində Gülmurad Əhmədovun idarə etdiyi “Mercedes”lə  polis serjantı Seyidgül Ağayevin idarə etdiyi “Hyundai İX 35” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də sərnişin olan Əhmədova Əntiqə İbrahim qızı ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq qadın martın 29-da dünyasını dəyişib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən S.Ağayev Quba RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır.

***

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov “Qafqazinfo”ya bildirib ki, Əntiqə Əhmədova ürəktutmasından vəfat edib: “Martın 9-da  Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "Mersedes" markalı avtomobilin sürücüsü  idarəetməni itirərək  polis serjantının idarə etdiyi "Hunday" markalı avtomobilə çırpılıb.  Hadisə nəticəsində "Mersedes" markalı avtomobildə olan qadın sərnişinin çanaq sümüyü çatlayıb.  O, xəstəxanaya çatdırılıb və müalicəsi davam etdirilib. Lakin, martın 29-da o, müalicə aldığı xəstəxanada ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırmalar davam etdirilir".

Nizam Rza