Polşa 15 rusiyalıya sanksiya tətbiq etdi

polsa-15-rusiyaliya-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 897

Polşa Varşavanın sanksiya siyahısına 15 Rusiya vətəndaşını daxil etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, respublikanın hakimiyyət orqanları Polşa əsilli belarus jurnalisti Anjey Poçobutun cəzasına görə sanksiya siyahısına 15 Rusiya vətəndaşını daxil edib.

Nazirlikdən verilən məlumata görə, siyahıya Rusiya kapitalı ilə əlaqəsi olan sahibkarlar daxildir:

“Bunlardan 15-i Rusiya, 1-i Belarus vətəndaşıdır”.

Qeyd edək ki, belaruslar Polşanın beynəlxalq ictimai televiziya kanalı Poloniyanın jurnalisti, Belarusdakı Polyaklar İttifaqının fəalı Anjey Poçobutun cəzasına cavab olaraq sanksiya siyahısına salınıb. Fevralın 8-də Belarus məhkəməsi onu Belarusun milli təhlükəsizliyinə zərər vurmağa yönəlmiş hərəkətlərə çağırış (Cinayət Məcəlləsinin 361-ci maddəsi) ilə 8 il müddətinə azadlıqdan məhrum edib.