Polşada təyyarə qəzaya uğradı - 5 ölü

polsada-teyyare-qezaya-ugradi
Oxunma sayı: 1550

Polşanın mərkəzində “Cessna” təyyarəsi qəzaya uğrayıb.  

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Həmçinin oxuyun: Вот так мать выбросила в мусор своего ребенка - Обновлено+Видео

Hadisə nəticəsində 5 nəfər həyatını itirib, daha 7 nəfər yaralanıb, 3 nəfər isə xəsarət almayıb.

Qəza Varşavadan 40 km aralıqda baş verib. Göyərtəsində paraşütçüləri daşıyan təyyarə çətin hava şəraitində eniş etməyə çalışarkən insanların sığındığı anqara düşüb.  

Ölən 5 nəfərdən biri pilotdur. İkinci pilot yaralanıb, üçüncü isə xəsarət almayıb.

Anqarda yaralananlardan biri 6 yaşlı oğlan uşağıdır. 40 yaşında iki kişi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Cavabdeh xidmətlər hadisənin başvermə səbəblərini müəyyənləşdirməyə başlayıb. İlkin səbəb kimi meteoşərait göstərilir.