Poroşenkoya qarşı daha bir cinayət işi açıldı

Poroşenkoya qarşı daha bir cinayət işi açıldı
Oxunma sayı: 843

Ukraynanın Baş Prokuroru İrina Venediktova tərəfindən Ali Məhkəmənin hakimlərini təyin edərkən qanunsuzluğa yol verməkdə şübhəli bilinən keçmiş Prezident Petro Poroşenkoya qarşı cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu açıqlama yayıb. Bildirilir ki, cinayət işi Ali Məhkəmə işçilərinin müraciəti əsasında başladılıb. Hakimlərin təyin edilməsi ilə bağlı keçmiş Prezidentin verdiyi fərmanların konstitusiya normalarına və “məhkəmə sistemi və hakimlərin statusu”  haqqında qanuna uyğun olmadığı qeyd olunub. 

Poroşenko, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə, məhkəmə orqanlarının fəaliyyətinə müdaxilə və məhkəmə qərarına əməl etməməkdə şübhəli bilir.

Qeyd edək ki, hazırda Ukraynanın sabiq Prezidenti dövlətə xəyanət, qanunsuz yolla ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, məhkəmə fəaliyyətinə müdaxilə ittihamları daxil olmaqla 15-dən cinayət işində iştirak edir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi