“Portal yüklənməyə məruz qalıb” - Açıqlama

“Portal yüklənməyə məruz qalıb”
Oxunma sayı: 1045

İpoteka Və Kredit Zəmanət Fondun kirayə mənzil mexanizminin onlayn satışı üçün qeydiyyat sistemində yaranan problemlə bağlı açıqlama verib.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunub ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

Nəticədə, “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb. Hazırda Fond aidiyyatı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Bildirmək istərdik ki, qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi