Portuqaliyanın paytaxtı Lissabonda naməlum bir şəxs İslam mərkəzinin ziyarətçilərinə bıçaqla hücum edib.
“Qafqazinfo” “CNN Portugal”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb.
Hücum edən şəxsin əfqan olduğu bildirilir və o, polis tərəfindən saxlanılıb. İnsidentin hansı səbəbdən törədildiyi hələ ki məlum deyil.
Son xəbərlər
Son Xəbərlər