Portuqaliyanı o təmsil edəcək - Video

portuqaliyani-o-temsil-edecek
Oxunma sayı: 1958

“Avroviziya 2024” musiqi yarışmasında daha bir ölkəni təmsil edəcək ifaçının adı bəlli olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliyanı müsabiqədə “Grito” mahnısı ilə İolanda təmsil edəcək.

Xatırladaq ki, bu il İsveçin Malmö şəhərində keçiriləcək yarışmanın birinci və ikinci yarımfinalları 7 və 9 mayda, finalı isə mayın 11-də baş tutacaq. Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Müsabiqədə ölkəmizi Fahree (Fəxri İsmayıl) təmsil edəcək.