Prezident Akif Əli Zadəni təltif etdi

prezident-akif-eli-zadeni-teltif-etdi
Oxunma sayı: 6422

Akif Əli Zadə “Azərbaycan Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, Akif Əli Zadə 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. A. Əli Zadə hazırda akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktorudur. Sabah alimin 90 yaşı tamam olacaq.