Prezident Aslan Aslanovu vəzifəsindən azad etdi

prezident-aslan-aslanovu-vezifesinden-azad-etdi
Oxunma sayı: 14454

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 71 yaşlı Aslan Aslanov 2002-ci ildə AZƏRTAC-ın baş direktoru, 2018-ci il martın 15-də isə İdarə Heyətinin sədri təyin olunmuşdu.