Prezident Od çərşənbəsində ailəsi ilə tonqal ətrafında - Fotolar

prezident-od-cersenbesinde-ailesi-ile-tonqal-etrafinda
Oxunma sayı: 5860

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

“Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev ailə üzvləri ilə adət-ənənələrimizə uyğun olaraq tonqal ətrafında toplaşıblar.

Fotoları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabından paylaşıb.

“Əziz bacılar və qardaşlar! Od çərşənbəniz mübarək!”, - deyə birinci xanım qeyd edib.