Prezident və xanımı Fondun binasının açılışında- - Fotolar

prezident-ve-xanimi-fondun-binasinin-acilisinda-
Oxunma sayı: 5311


Azərbaycan Respublikası Dövlət Neft Fondu üçün tikilən bina istifadəyə verilib. 

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən 23 mərtəbəli binanın açılışı bu gün olub. Açılışda prezident İlham Əliyev də iştirak edib. 

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, binada akt, konfrans, iclas zalları, iki hissədən ibarət “qış bağı”, “Petroleum lounge”, kitabxana və xəzinə yerləşir. Bütün otaqlar və zallar ən son texnoloji avadanlıqla təmin olunub. Dövlət Neft Fondunun inzibati binasının interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Binada informasiya texnologiyalarının işini təmin etmək məqsədilə ən müasir standartlara cavab verən “Data Center” yaradılıb. Burada, həmçinin Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi fəaliyyət göstərir.

Yeni inzibati bina yaşıl bina standartlarına cavab verir. Burada alternativ enerjidən istifadə məqsədilə günəş panelləri quraşdırılıb.

Binada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Neft Fondunun kollektivi ilə xatirə şəkli çəkdiriblər.